Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Medianews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
Üçtərəfli görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri müzakirə olunub.
Qeyd edək ki, Vladimir Putin üçtərəfli görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.
Medianews.az