“Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”.
Medianews.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.
Vladimir Putin bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir: “Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Buna nə vaxtsa son qoyulmalıdır. Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik”
Medianews.az