İsveçdə 6 gün əvvəl zooparkdan qaçan zəhərli kobra hələ də tutulmayıb.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı həyəcan siqnalı verilib.
Stokholmdakı Djurqarden adasındakı zooparkın işıqlandırma boşluğundan qaçan kobranın bir dekorasiya salonunun yerləşdiyi mağazada olduğu, lakin 6 gündür tutula bilmədiyi bildirilib.
Zoopark rəsmiləri ilanın gizləndiyi yerə yaxın olan ərazilərdən insanların təxliyyə edildiyini, qalan yerlərdə isə riskin olmadığını bildiriblər.
Medianews.az