Cümə, 26 Aprel 2024

Hüseyn Həsənov adından Şəhid Səbuhinin qardaşına qarşı dələduzluq – DİN-dən AÇIQLAMA – FOTO

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun adından Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edildiyi iddia olunur.  

BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İddialara görə, zəngi edən şəxs bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini verdikdən sonra, ondan telefonuna gələn kodu da tələb edib. Ardınca isə kartdan pullar çəkilib.

Məlumata görə, zəngi edən şəxs Azərbaycan dilində danışırmış.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, məsələdən xəbərdardılar və bununla bağlı araşdırma aparılır.

DAHA ÇOX OXU

Xəbər lenti