“Russia Today” telekanalının və “Rossiya seqodnya” agentliyinin baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Simonyan özünün teleqram kanalında yazıb.
“Uzun illərdir ki, Ermənistana şiddətlə dəstək verən Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənim də”, – Simonyan qeyd edib.