ABŞ-ın Ayova ştatında bir qadın atasının 70-dən çox qadını öldürərək basdırdığını bildirib. Qan donduran etirafdan sonra polis hərəkətə keçib.
ABŞ-ın Ayova ştatında yaşayan Lucy Studey mərhum atası Donald Dean Studey-nin 30 il ərzində 50-70 qadını öldürərək basdırdığını bildirib. Polis qan donduran etirafdan sonra istintaqa başladıqda, ölkədə yeni qatil qorxusu başlayıb.
Qadın cəsədlərin harada basdırıldığını bildiyini bildirib. Studey həmçinin bildirib ki, o və bacıları atasının öldürdüyü qadınların cəsədlərini gizlətməyə məcbur olublar.
Gənc qadın səlahiyyətlilərə isti aylarda təkər arabasından, qışda isə xizəkdən istifadə edərək cəsədləri Ayova ştatındakı əkin sahələrinə daşıdığını söyləyib.
İddiaların ortaya atılmasından sonra polis hərəkətə keçib və bu iddialar ABŞ mətbuatında da gündəm olub. Mətbuat yazıb ki, əgər hadisə doğru olsaydı, Studey ABŞ-ın ən dəhşətli qatillərindən biri ola bilərdi.
Qızının dediyinə görə, Donald Din Studey bir neçə il ərzində ildə “beş və ya altı” qadını öldürüb və onları Turman yaxınlığındakı mülkündəki tərk edilmiş quyuda basdırıb.
Aistop bəzi meyitlərin şəxsiyyətinin müəyyən edildiyini və araşdırmaların davam etdiyini bildirib.
Nəzrin Vüsal
Medianews.az