Türkiyədə bir şəxs mesajlaşdığı qızın qardaşları tərəfindən küçənin ortasında üzünü ülgüclə kəsərək ölümcül halda döyülüb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Seyhan rayonunda gənc oğlan mesajlaşdığı qızın qardaşları tərəfindən soyundurularaq küçənin ortasında vəhşicəsinə döyülüb. Mobil telefonu ilə çəkilən görüntülərdə qızın qardaşları ilk olaraq mesaj yazanları soyundurublar.
Dəhşət saçan qardaşlar saha sonra həmin şəxsi kəmərlə vurmağa başlayıblar. Polis hadisəni törədən qardaşları həbs edib. Hazırda faktla bağlı araşdırmalar aparılır.
Medianews.az