Hollivud ulduzu Bred Pitt Formula 1-ə həsrə olunan filmdə rol alacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işində Bred gənclərdən birinə dəstək olmaq üçün bu idman növünə qayıdan əfsanəvi veteran pilot obrazını canlandıracaq.
Hələlik adı bəlli olmayan filmə “Top Gun: Maverick”in rejissoru Cozef Kosinski rejissorluq edəcək.
Çəkiliş meydançasında “Mercedes” pilotu və yeddiqat Formula 1 çempionu Luis Hemilton yaradıcılara məsləhətlər verəcək.