Türkiyədə 17 yaşlı qıza təcavüz etdiyi iddia edilən şəxs iş yerinə basqın olunduqdan sonra qızın yaxınları tərəfindən döyülərək küçəyə aparılıb.
Medianews.az xəbər verir ki, sözügedən hadisə Türkiyənin Adana şəhərində baş verib.
Məhəllə sakinlərinin xəbərdarlığından sonra hadisə yerinə polislər gəlib. Polis təcavüzdə şübhəli bilinən şəxsi və onu linç etmək istəyənləri saxlayıb. Aralarında qadınların da olduğu qəzəbli qrup əvvəlcə iş yerinin qarşısındakı əşyaları yararsız hala salıb, daha sonra şübhəli şəxsi çölə çıxarıb. Çoxlu kişi və qadının hücumuna məruz qalan şübhəli yerə yıxılaraq dəqiqələrlə döyülüb.
Hücuma məruz qalan şəxs bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Medianews.az