Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibənin əsas fiqurlarından biri Ramzan Kadırov yenidən gündəmdədir.
Medianews.az xəbər verir ki, Çeçenistan lideri övladları atalarına əsir əsgərlər hədiyyə edib.
Kadırovun övladları 3 zərərsizləşdirilmiş ukraynalı əsgəri atalarına hədiyyə ediblər. Aldığı hədiyyədən çox sevindiyini bildirən və fotolar paylaşan Kadırov övladlarını təbrik də edib.
Görüntülərdə çox xoşbəxt görünən Kadırov uşaqlarını təbrik edərək, ukraynalı əsgərlərlə bağlı “Əsirlərə ənənəvi çeçen yeməyi olan gilniş yedizdirdik. Onlar tezliklə normal insanlar kimi yaşamağı öyrənəcəklər”,-deyə bildirib.
Medianews.az