Rişi Sunak Britaniyanın yeni Baş naziri seçilib.
Medianews.az xəbər verir ki, liderlik yarışında onun rəqibi Peni Mordont geri çəkilib.
Beləliklə Rişi Sunak yeni Baş nazir seçilib.
Qeyd edək ki, o, Boris Consonun hakimiyyəti zamanı maliyyə naziri olub. Eyni zamanda o, Brexit kampaniyası zamanı Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarı olan mühafizəkarlar arasında olub.
Onu da bildirək ki, bir müddət öncə Liz Trass Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri vəzifələrindən istefa verdiyini bildirmişdi. Liz Trass tarixdə Britaniyanın ən qısa müddətli baş naziri olub.
Hindistan əsilli 42 yaşlı Sunak Britaniyanın müasir tarixində ən gənc baş nazir olacaq.
Medianews.az