Qabonun paytaxtı Librevildə baş verən sürüşmə nəticəsində eyni ailədən 7 nəfər həyatını itirib.
Milli medianın məlumatına görə, Librevilin 6-cı rayonunun PK8 məhəlləsində torpaq sürüşməsi baş verib.
Güclü yağışlar nəticəsində baş verən sürüşmədə bir evin uçması nəticəsində bir ailədən 7 nəfər həyatını itirib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi fəlakətdə ölənlərin sayının artacağı qorxuludur.
Yağışlı mövsümdə güclü yağışların müşahidə olunduğu ölkədə tez-tez sürüşmə və daşqınlar baş verir.
Nəzrin Vüsal
Medianews.az