Uzun illər əvvəl Kanadanın Ottava həbsxanası ən bədnam cinayətkarlar, qatillər və ruhi xəstələrlə dolu idi. Ölən məhbuslar tərəfindən lənətləndiyi güman edilən və “ruhları”nın dəhlizlərində dolaşdığı iddia edilən həbsxana indi cazibə mərkəzinə çevrilib.
Medianews.az Türkiyənin Posta qəzetinə istinadən xəbər verir ki, Ottavada əvvəllər ən məşhur məhbusların yerləşdiyi həbsxana indi otelə çevrilib. Hər otağa orada qalan məhbusların adı verilmişdir. Qatillərin qaldığı dəhşətli hücrələr bərpa edilib və yenilənib. Həbsxana 1862-ci ildə Ottava məhkəməsinin yaxınlığında tikilib.
Bu həbsxana əksər qatillərin, o cümlədən siyasətçi Tomas D’Arcy McGee-nin qətlinin son dayanacağı olub. McGee-ni qətlə yetirən Patrick J. Whelan həbsxananın bir qədər kənarında 5000 insanın gözü qarşısında edam edilib. Rəvayətə görə, Uilanın ruhu hələ də binanın dəhlizlərində gəzir. Bəzi insanlar Whelanın ruhunu gördüklərini iddia edirlər.
Hətta məhbusların asılaraq edam edildiyi həbsxananın orijinal dar ağacları belə hələ də dayanır. 1972-ci ildə bağlanan bina bir əsrdən çox həbsxana kimi istifadə olunub. O zaman bu həbsxanada yüzlərlə qadın, kişi və uşaq qeyri-insani şəraitdə saxlanılırdı. Burada hətta ruhi xəstələrin də qaldığı iddia edilir.
Daha sonra həbsxanada aparılan qazıntılar zamanı dəhşətli şəraitdə ölən məhbuslara aid olduğu güman edilən çoxsaylı məzarlıqlar aşkar edilib. Ölən məhbusların ruhlarının Ottava Həbsxanasında olduğu düşünüldüyündən, bir çox paranormal müstəntiqlər həbsxanaya ekspedisiya keçiriblər.
Keçmiş məhkumların cızma-qaraları indi səyahət edənlər üçün məşhur yerə çevrilmiş həbsxana kameralarının divarlarında dayanır.
Yusif Ziya
Medianews