ABŞ-da 21 yaşlı universitet tələbəsi sevgilisinə sürpriz etmək üçün icarəyə götürdüyü təyyarənin pərvanəsinin başına çırpılması nəticəsində hadisə yerində dünyasını dəyişib.
Medianews.az xəbər ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb və qurum araşdırmalara başlanıldığını açıqlayıb.
Məlumata görə, universitetin ikinci kurs tələbəsi Sani Aliyu sevgilisinə sürpriz etmək istəyib və onların şam yeməyi üçün kiçik bir təyyarə icarəyə götürüb. Böyük arzularla kirayəyə götürdüyü təyyarə 21 yaşlı yeniyetmənin sonu olub.
Sani və sevgilisi 2005-ci il model Cessna 172S təyyarəsinə minərək Savannaya uçublar. Pilot, ikinci pilot və iki sərnişini olan təyyarə yerli vaxtla saat 22:35-də Stateboro Bulloch County hava limanına təhlükəsiz eniş edib. Saninin sevgilisi təyyarədən düşüb arxa tərəfə gedərkən təyyarənin pərvanəsi onun başına dəyib.
Pərvanənin universitet tələbəsinin başına iki dəfə dəydiyi və onun hadisə yerində dünyasını dəyişdiyi bildirilib.
Hadisə ilə bağlı açıqlama verən hava limanı səlahiyyətliləri təcili tibbi yardım qruplarının dərhal qəza yerinə göndərildiyini, lakin gənci xilas edə bilmədiklərini deyiblər.
Yusif Ziya
Medianews.az