Medianews.az bildirir ki, Rusiyada Su-34 tipli hərbi təyyarə Krasnoyarsk vilayətinin Yesk şəhərində qəzaya uğrayıb. Pilot qəzadan əvvəl paraşütlə tullana bilib.
Zərbənin təsirindən təyyarənin yanacağı alovlandığından yanğın baş verib.
Mövzu ilə bağlı Rusiya Müdafiə Nazirliyi, “Cənub Hərbi Dairəsinin hərbi hava limanından havaya qalxan Su-34 təyyarəsi təlim uçuşu zamanı Yeysk şəhərində qəzaya uğrayıb. Qəzadan əvvəl paraşütlə tullanan pilotların verdiyi məlumata görə, qəzaya səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. Təyyarədə yanacaq alışıb”. deyə bəyanat verdi.
Hadisə yerinə yanğınsöndürənlərin göndərildiyi bildirilən açıqlamada pilotların atma oturacağından istifadə edərək xilas olduqları bildirilib.
Açıqlamada ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Rusiya prezidenti Vladimir Putinin Krasnodar qubernatoruna, fövqəladə hallar nazirinə və səhiyyə nazirinə Yevsk şəhərinə getməyi və lazımi dəstəyi göstərməyi tapşırdığı bildirilir.
Nəzrin Vüsal
Medianews.az