Arda Turanın İstanbuldakı evində qanunsuz tikinti olduğu üzə çıxıb.
Medainews.az xəbər verir ki, Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmada evdə 2020-ci ildə qeyri-qanuni şəkildə tikinti aparıldığı üzə çıxıb.
Bu hadisə ilə bağlı ulduz futbolçunun anasına qarşı 5 ilə qədər həbs tələbi ilə iddia irəli sürülüb.
Məşhur futbolçu Arda Turanın da böyüdüyü evin qanunsuz tikili olduğu üzə çıxması sosal mediada da geniş müzakirələrə yol açıb. Bələdiyyə tərəfindən aparılan araşdırmalarda 2020-ci ildə binaya əlavə çardaq hissəsi tikildiyi məlum olub. Araşdırmaların sonunda Bayrampaşa rayonunda yerləşən futbolçu Arda Turanın anası Yüksel Turana adına qeydiyyatda olan binada qanunsuz tikinti aparıldığı izah edilib.
İstintaqın sonunda Prokurorluq Yüksel Turana qarşı “Bölgələrin çirklənməsinə səbəb olma” maddəsi ilə ittiham aktı elan edib. 5 ilə qədər həbsi istənənilən Yüksel Turan İstanbul Birinci Cəza Məhkəməsində hakim qarşısına çıxıb.
Məhkəmə prosesində qərar verilib ki, sözügedən qanunsuz tikili yerində araşdırılmalıdır.
Medainews.az