Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz tviter hesabında Gəncə terrorunun ikinci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Gəncənin və mülki şəxslərin Ermənistan tərəfindən raketlərlə bombalanmasının ikinci ildönümündə əziz şəhidləri anmaq üçün Gəncəyə yollanırıq. Unutmadıq, unutmayacağıq və unutdurmayacağıq”.