Bu gün Xalq artisti Zülfiyyə Xanbabayevanın doğum günüdür.
Medianews.az bizimmediaya istinadla xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə hesabında 55 yaşına qədəm qoyan həmkarını ad günü münasibəti ilə təbrik edib
Sənətçi Xanbabayeva ilə birgə çəkilən videosunu paylaşaraq, bu sözləri yazıb.
“Əzizim Zulya, Zülfiyyə Xanbabayeva, bütün gözəlliklər bu ada yaraşır. Azərbaycanın böyük səhnəsinin böyük ulduzu, gözəli, xanımı. İçi gözəl, özü gözəl, mahnıları gözəl. Sən həmişə gözəlsən, yenisən, sevilirsən. Sevilmək çox önəmlidir, Allah bunu həmişə sənin üçün var etsin”.