Medianews.az bildirir ki, 13 oktyabr dünəndən bu günə polad cığırlar açan zəhmətkeş dəmiryolçuların peşə bayramıdır.
Dəmiryolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı Sərəncamda bu günün “Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü” olduğuna görə verilir.
“Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü”də artıq ənənəvi olaraq, dövlət rəhbərliyi dəmir yolu işçilərini peşə bayramı münasibətilə təbrik edir, ən çox fərqlənmiş dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları və təşəkkürlərlə təltif olunur.
Nəzrin Vüsal
Medianews.az