Türkiyədə iş yerindən ayrıldıqdan sonra yoxa çıxan 20 yaşlı Dilarə Köçün cansız cəsədi tikilməkdə olan 12 mərtəbəli binanın qarşısında tapılıb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Ərzurum şəhərində baş verib.
Hadisə ilə bağlı 4 nəfər həbs olunub. İddialara görə işlədiyi yerdə müdirinin gizli eşq yaşadığı qadınla birlikdə olan fotolarını onun həyat yoldaşına göndərib. İddialara görə bu hərəkətinə görə təhdid edilən Dilarə Köç tikilməkdə olan 12 mərtəbəli binaya qalxaraq intihar edib.
Hadisə ilə bağlı 4 nəfər həbs edilib. Hazırda araşdırmalar davam edir.
Medianews.az