Medianews.az bildirir ki, şənbə günü Rusiyanı Krım yarımadası ilə birləşdirən yeganə körpü olan Kerçdə partlayışla bağlı 8 nəfərin saxlanıldığını açıqlanıb. Rusiya Təhlükəsizlik Xidməti FSB, saxlanılan 5 nəfərin Rusiya, digərlərinin isə Ukrayna və ya Ermənistan vətəndaşları olduğunu açıqlayıb.
Rusiya hücumun arxasında Ukraynanın olduğunu iddia edir.
Ukrayna Kəşfiyyat Xidmətinin sözçüsü Andrey Yusov Rusiyanın ittihamlarını rədd edib.
“FSB və Rusiya İstintaq Komitəsinin bütün fəaliyyəti cəfəngiyyatdır. Bunlar Putin rejiminə xidmət edən strukturlardır və biz onların son bəyanatlarını əlbəttə şərh etməyəcəyik”, – Yusov bildirib.
Nəzrin Vüsal
Medianews.az