Əməkdar artist İlkin Əhmədov maraqlı açıqlaması ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, “Həmin Zaur” proqramına qonaq olan ifaçı Xalq artisti Məleykə Əsədova ilə bağlı etiraf edib. İlkin uşaq olarkən Əsədova ilə evlənməklə bağlı xəyallar qurduğunu açıqlayıb:
“Beşinci, altıncı sinifdə oxuyurdum. “İtkin gəlin” filmində “Əfsanə” obrazı məni o qədər valeh elədi ki, uşaq idim, vurulmuşdum. Xəyal qururdum ki, çox imkanlı şəxsəm, Hər şeyim var və Məleykə xanımı alacağam”.