Türkiyədə Quran oxuyan fermer iş otağında bıçaqlanıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində baş verib.
Naməlum şəxs tərəfindən 8 bıçaq zərbəsi alan 46 yaşlı Əhməd Maturun səhhətinin vəziyyətinin ağır olduğu öyrənilib. Psixoloji problemləri olduğu öyrənilən şübhəli tutularaq polisə təhvil verilib.
Tarsusun Yeşil Məhəlləsində baş verən hadisədə Ahmet Matur iş otağında Quran oxuyarkən arxadan gələn şəxs bıçaqla hücum edib. Bədəninin müxtəlif yerlərindən 8 bıçaq zərbəsi alan və ağır yaralanan Əhməd Matur ətrafdakı vətəndaşların köməkliyi ilə Tarsus Dövlət Xəstəxanasına aparılıb. Matur burada edilən ilk müdaxilənin ardından Mersin Şəhər Xəstəxanasına aparılıb. Əməliyyata aparılan Maturun həyati təhlükəsinin davam etdiyi öyrənilib.
Hadisədən sonra S.O. Şübhəli vətəndaşlar tərəfindən tutulub. Polisə təhvil verilən S.Ö.-nün psixoloji problemləri olduğu və müalicə aldığı öyrənilib. İşin istintaqı davam etdirilir.
Medianews.az