Son günlərdə yeni tədris ilinin başlaması və bir çox iş yerlərini fəaliyyətinin ciddi rejimə keçməsi yay tətilinin bitməsi ilə bağlı rayonlara istirahətə üz tutmuş vətəndaşların şəhərə qayıtması və yenidən öz fəaliyyətlərinə davam etməsi Bakı şəhərində xeyli insan artımına səbəb olub. Şəhərə insan axını yeraltı nəqiliyyat vastəsindən də yan keçməyib.
Hər gün səhər saatlarında və 18:00 iradələrində metroda gərgin sıxlıq yaşanır. Qatara minmək üçün yaranan növbə saatlarla zaman alır. Bəs görəsən bu sıxlığın qarşısını almaq üçün hər hansı tədbir görülürmü? Bu sıxlıq nə zamana qədər davam edəcək?
Mövzu ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov Medianews.az-a danışdı. Bildirdi ki, hazırda 2019-cu ildə olduğu kimi qrafiklər tətbiq olunub, yəni qatarların hərəkəti səhər və axşam pik saatlarda “28 May”- “Həzi Aslanov” istiqamətində 2 dəqiqəlik intervalla tənzimlənir:
“Sentyabrın 14-dən Bakı Metropoliteni yeni qrafikə keçib. Yay aylarında bizim proqnozlaşdırdığımız məlumatları ictimaiyətlə paylaşırdıq. Həmin məlumatlara əsasən hər hansı məhdudiyyət tətbiq olunmayacağı təqdirdə Bakı Metropolitenində sərnişin daşıma təxminən 2019-cu ilki fəaliyyətinə qayıtmaq ehtimalı vardı. Metropoliten hazırlıqlarını bu istiqamətdə görməkdə davam edir.
Hazırda 2019-cu ildə olduğu kimi qrafiklər tətbiq olunub, yəni qatarların hərəkəti səhər və axşam pik saatlarda “28 May”- “Həzi Aslanov” istiqamətində 2 dəqiqəlik intervalla tənzimlənir.
Amma 28 May istiqamətində 2 xətt birləşib, “Dərnəgül” və “İçərişəhər” istiqamətində ayrıldığı üçün həmin istiqamətlər interval çox olur. Bakı Metropoliteni hətta bunu da planlaşdırıb ki, əhalinin sıxlıq təşkil etdiyi vaxt müddətində səhər və axşam qatarlarının fəaliyyət sistemi 1 saat uzadılıb, 06:00-dan -10:00-a qədər olub. Əvvəl isə bu saat müddətdi 07:30-dan 09:30- a qədər idi.
Bundan qabaq axşam saatlarında 17:30 və 19:30 arası idisə indi, 17:00-dan 20:00 arasıdır. Yeni sistem bu qayda ilə tənzimlənir. Sadəcə mövcud sıxlığın aradan qaldırılması üçün metropoliten əlavə tənzimləmələr tətbiq edir.
Əsas texniki imkanlar baxımından Bakı Metropoliteni ən optimal iş qrafikini tətbiq edib. Sərnişinlərin xüsusilə sıx olduğu stansiyalarda giriş, ekstvatr meydançası və platforması tətbiq olunub.
Metropoliten üçün ən vacib məqam sərnişinin təhlükəsiz daşınmasıdır. Bu səbəbdən çox yükləməyə yol vermək olmaz. Metropolitenin normativləri var. Belə ki, platforma 5 qatarlıq vaqonları qəbul etmək üçün nəzərdə tutulur.
Qatarlara 6 və 7-ci qatarların qoşulması qeyri-mümkündür. İntervallar texniki cəhətdən ən sıx və optimaldır.
Belə olduğu təqdirdə sual yaranır qatarların sayını artırmaq mümkündürmü?
Qatarların sayı metropolitendə kifayət qədərdir. Qatarların sayının artırılması intervalın azaldılmasında hansısa bir mövqe daşımır, bu səbəbdən 2 dəqiqəlik interval ən optimalıdır. Əlavə tənzimləmələr platformada yükləməyə yol vermədən ekskavatorlar tənzimlənir. Giriş qapılarında tənzimləmə işləri aparılır, bunların hamısı sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulub.”
Ayşən Azadova
Medianews.az