Türkiyə ABŞ-dan alınması planlaşdırılan F-16 döyüş təyyarələri ilə bağlı təmaslarını davam etdirərkən, xarici işlər naziri Mövlud Çavuşoğlunun mövzu ilə bağlı verdiyi açıqlama Türkiyənin mövqeyini açıq şəkildə ortaya qoyub.
Medianews.az xəbər verir ki, Mövlud Çavuşoğlu sözügedən məsələ ilə bağlı sərt çıxış edib.
“Satış üçün gətiriləcək məhdudiyyətlərə qarşı çıxan nazir Çavuşoğlu, “F-16-ya əlimizi bağlayan bir razılaşmada olmayacağıq. Məhdudiyyət qoyulması qəbul edilə bilməz. İstifadə edə bilmədiyimiz bir məhsulu niyə almalıyıq?”, -deyə bildirib.
Canlı yayımlanan çıxışında ABŞ-ın Nyu-Yorkdakı təmaslarını dəyərləndirən Çavuşoğlu, F-16 məsələsində praktiki razılaşmanın olmadığını və məhdudiyyət qoyulmasının qəbuledilməz olduğunu vurğulayıb.
Medianews.az