“Rusiyanın Sank-Peterburq şəhərində MDB dövlətləri parlamentlərarası Assambleyasının bir neçə dövlətlərarası kommisiyalarının iclası keçirildi. Əsas müzakirələrdən biri də daimi müdafiə və təhlükəsizlik idi. Burada müxtəlif təşkilati məsələlərə də baxıldı, o cümlədən məhz komissiyanın sədr müavini vəzifəsinə, daimi təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini vəzifəsinə, Milli Məclisin sədri müavini Adil Əliyev seçildi”.
Bu sözləri Medianews.az-a açıqlamasında Millət vəkili Arzu Nağıyev bildirdi. Bu gün Rusiyanın Sankt-Peterburqd şəhərində Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü kimi iştirak edən millət vəkili bizimlə söhbətində orada yeni tərkibdə təşkilati məsələlərə baxıldığını vurğuladı:
“Ən vacib amillərdən biri də odur ki, Birləşmiş kommisiyada əsas məqam kimi Azərbaycanla bağlı bir neçə müəyyən qanunların model forması, müxtəlif layihələr, təqribi 6 məsələyə baxıldı və Azərbaycan tərəfindən Aydın Cəfərov ilə mən komissiyanın işlərində fikirlərimizi bildirdik. Komissiya iştirakçıları müxtəlif ölkələrin nümayəndələri də bizi dəstəklədi və gələcəkdə hansı addımların atılması ilə bağlı fikir mübadiləsi aparıldı. Təbii ki, online formada, eyni zamanda Adil Əliyev də bu məsələlərə qoşuldu və çox ciddi çıxışı ilə yadda qalmış oldu. Təhlükəsizlik və müdafiə komitəsinin iclasında da gündəlik münaqişələrlə bağlı, o cümlədən, Azərbaycanla bağlı məsələlər çıxarıldı. Yenə də müəyyən sərhədlər təhlükəsizliyi haqqında, eyni zamanda dövlət sərhədləri ilə bağlı və onların gücləri haqqında kimyəvi, reaktiv maddələrin terror məqsədilə işlədilməsinin qarşısının alınması ilə bağlı və informasiya kommunikasiya texnologiyalarının humanitar addımlarının atılması terrorizmin və güc tətbiqinin qarşısının alınması haqqında çox vacib müzakirələr aparıldı. Bir neçə məsələ üzərində Azərbaycan öz qəti mövqeyini ortaya qoydu. Bu sülhməramlı missiyaların MDB dövlətlərində istifadə olunması, bu məsələyə yenidən qayıdılması təklif olundu. Düşünürəm ki, çox mühüm müzakirələr aparıldı və gələcəkdə gündəliyin tərtib olunmasında Azərbaycan nümayəndə heyətinin də fikri nəzərə alınacaq”.
Medianews.az