İngiltərədə yaşayan Hollivudun məşhur kino ulduzu Stella Parisin Kristofer Quest More adlı şəxslə münasibət qurması qalmaqala səbəb olub.
Medianews.az xəbə verir ki, ikili 1 il eyni evi paylaşıb.
Anası vəziyyəti anladıqdan sonra sevdiyi adamın atasının qatili olduğunu bilən Stella şoka düşüb.
35 yaşlı Stella Paris gecə klubunda işləyərkən 43 yaşlı Kristofer ilə tanış olub və ona aşiq olub. Cütlük 1 ilə yaxın eyni evdə yaşayıb. Stella Paris gərgin təkidlərdən sonra sevgilisini anası ilə tanış edib. Anası qızına xəbərdarlıq edib ki, o, Kristoferin daha əvvəl televiziyada axtarıldığını görüb. Daha sonra sevgilisi ilə bağlı araşdırma aparan qız adamın qətlə görə axtarışda olduğunu öyrənib.
Hadsənin daha maraqlı hissəsi isə Kristoferin öldürdüyü şəxslə bağlı olub. Çünki Kristofer illər əvvəl 20 min avroluq narkotik məsələsinə görə Stellanın atasına işgəncə verib və öldürüb. Başına gələnlərdən şoka düşən Stella polisə verdiyi ifadəsində sevgilisinin keçmişindən qəti şəkildə xəbəri olmadığını bildirib.
Qeyd edək ki, Stella Paris 2016-cı ildə rejissor Juliet Landau və Deverill Weekes tərəfindən çəkilmiş, bu yaxınlarda yayımlanacaq olan serila “A Place Between the Undead” serialında aktrisa kimi debüt edib.
Medianews.az