Çinin “Çanşa” şəhərində “China Telecom” şirkətinə məxsus qüllədə yanğın baş verib.
Medianews.az xəbər verir ki, hündürlüyü 200 metrdən çox olan 42 mərtəbəli binanın çöl divarı tamamilə yanıb.
Yanğının söndürülməsinə 36 yanğınsöndürən maşını və 280 yanğınsöndürən cəlb edilərkən, tələfat olub-olmaması ilə bağlı açıqlama verilməyib. Yanğınsöndürmə briqadaları alovun söndürülməsi və hadisə yerində xilasetmə işlərinin aparılması üçün işlərə başlayıb.
Qeyd edək ki, Çində çay becərilməsinin mühüm mərkəzi olan Hunan əyalətinin paytaxtı Çanşanın 10 milyona yaxın əhalisi var.
Medianews.az