Bakı şəhər Gənclər və İdman Baş İdarəsi cəbhədə baş verən son hadisələrlə bağlı şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyir.
Medianews.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, lazım olarsa, onlar hər hansı bir qanvermə aksiyasında iştirak etməyə hazırdırlar.
İdarə rəisi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların isə tezliklə sağalmasını diləyib.