Cümə, 26 Aprel 2024

Sabahdan Bakı metrosunun bəzi stansiyaları daha tez bağlanacaq

Sabahdan oktyabrın 1-nə qədər “Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş saat 23:30-da bağlanacaq.

Bu barədə Medianews.az xəbər verir ki bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır. Odur ki, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında qatarların hərəkəti vaxtından əvvəl məhdudlaşdırılacaq.

 

DAHA ÇOX OXU

Xəbər lenti