ABŞ-ın Sietl şəhərinin yaxınlığında təyyarə Sakit Okeana düşüb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 1-i uşaq olmaqla 10 nəfər olub.
Məlumata görə, təyyarə Mutini körfəzində qəzaya uğrayıb.
Sərnişinlərdən birinin cəsədi aşkar olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Təyyarənin batdığı bildirilir