ABŞ-ın Missisipi ştatının hava limanında işləyən şəxs kiçik təyyarəni qaçırıb.
Medianews.az xəbər verir ki, səlahiyyətliləri təyyarəni ətrafdakı ticarət mərkəzinə vurmaqla təhdid edən şəxsi uzun bir danışıq prosesinin ardından eniş etməyə razı salmaq mümkün olub.
Tupelo polis rəisi Con Quaka mətbuata açıqlamasında Kori Ueyn Patterson adlı şübhəlinin bölgədəki hava limanından iki mühərrikli “Beechcraft King Air 90” təyyarəsini qaçırdığını və yaxınlıqdakı “Walmart” ticarət mərkəzinə çırpılaraq mülki insanları həlak edəcəyi ilə təhdid etdiyini söyləyib.
Polis rəisi hər ehtimala qarşı ticarət mərkəzini tamamilə boşaltdıqlarını və yerli əhaliyə xəbərdarlıq etdiklərini də açıqlayıb. Missisipi qubernatoru Teyt Rivz vəziyyətin heç bir insan itkisi olmadan həll olunmasından məmnunluğunu ifadə edib və vəziyyəti həddindən artıq peşəkarlıqla idarə edən hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Medianews.az