Son sutka ərzində Ukrayna qüvvələri 350 hərbçisini məhv edib. Beləliklə, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı ümumi itkiləri təxminən 48.7 min nəfərə çatıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Fevralın 24-də sentyabrın 2-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən belədir:
Canlı qüvvə – 48 700 (+350) nəfər
Tank – 2009 (+12) ədəd
Zirehli döyüş texnikası – 4366 (+21) ədəd
Artilleriya sistemi – 1126 (+11) ədəd
Yaylım atəş sistemi – 289 (+2) ədəd
Hava hücumundan müdafiə vasitəsi – 153 ədəd
Təyyarə – 234 ədəd
(Teleqraf.com)