Bu gün aparıcı Vüsalə Kərimovanın yeni sezondan ARB TV-də efirə çıxacağı və TV ulduzunun xəbərlər proqramının aparıcısı qismində çıxış edəcəyi xəbəri yayıldı.
Medianews.az-a mövzu ilə bağlı danışan aparıcı yayılan xəbərlərin yanlış olduğunu və belə bir açıqlama vermədiyini vurğuladı: “Yayılan xəbərlər həqiqəti əks etdirmir. Mən belə bir açıqlama verməmişəm. Əgər belə bir xəbər olsa özüm sosial media vaistəsi ilə izləyiciləri məlumatlandırardım”.
Qeyd edək ki, V.Kərimova bundan illər öncə də televiziyada xəbər sahəsində çalışıb. O, 1996-cı ildə AZTV-də yayımlanan “Manevr” hərbi proqramında, Sara TV-də yayımlanan “Ana xəbər”, 5 il isə ATV-də “Ana xəbər” bülletenində aparıcılıq edib.