Azərbaycanın Xalq artisti Ənvər Həsənovun vəziyyəti ağırdır.
Medianews.az-a açıqlama verən aktyorun qızı Aytən Həsənova bildirib ki, xalq artisti xəstəxanaya yerləşdiriləndə koronavirusa yoluxmamışdı, onu “Yeni Klinika” xəstəxanasında virusa yoluxdurdular:
“Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik. Üç gündür ki, gözləyirik. Atama xəstəxanada COVİD-19 diaqnozu qoyuldu, lakin biz xəstəxanaya koronavirus problemi ilə gəlməmişdik. Xəstəxanın baş həkim də bunu təsdiqlədi və başqa xəstəliklərinin olduğunu bildirdi. Atam xəstəxanada koronavirusa yoluxdu. Atamın palatasının yanında başqa xəstədən atama virus yoluxdu.
Tələb edirəm ki, Xalq artistimizi əvvəlki sağlamlığına qaytarsınlar. Mən atamı bu xəstəxanadan çıxartmayacam. Onlar mənim atamı sağaldıb geri verəcəklər. Mənə artıq heç kəs lazım deyil”.
Medianews.az