Medianews.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonun mərkəzində, London Bridge metro stansiyasının yaxınlığında yanğın baş verib.
London yanğınsöndürmə briqadasının (LFB) verdiyi açıqlamaya görə, paytaxtın mərkəzindəki London körpüsü stansiyasının yaxınlığında güclü yanğın baş verib.
70-ə yaxın yanğınsöndürən yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir. Yerli vaxtla səhər saat 09:20-də yanğın xəbərdarlığını alan yanğınsöndürmə briqadası hadisə yerinə yaxın olan “London körpüsü” metro stansiyasını boşaldıb və fəaliyyətini dayabdırıb.
Medianews.az