Türkiyədə Jandarma Baş Komandanlığı ilə əlaqədar bəzi təyinatlar edilib.
Medianews.az xəbər verir ki, buna uyğun olaraq komandanlığa ilk dəfə qadın general təyin edilib.
Baş polkovnik Özlem Yılmaz briqada generalı rütbəsinə yüksəlib və Jandarma və Sahil Mühafizə Akademiyasının vitse-prezidenti oldu. Jandarma Baş Komandanlığının bəzi general və polkovniklərinin təqaüdə çıxması, və təyinatı ilə bağlı qərarlar Rəsmi Qəzetdə dərc edilib.
Təqaüdçülər:
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə nəşr olunan qərarlara görə;
Jandarma Baş Komandanlığının müavini general-leytenant Musa Çitil
General-mayor Fuat Güney,
Briqada generalı Vedat Çolak,
Briqada generalı Mustafa Başoğlu,
Briqada generalı Yavuz Özfidan,
Briqada generalı İbrahim Koyuer,
Briqada generalı Hüseyn Hilmi Atabəy,
Briqada generalı Nuri Öztürk,
Briqada generalı Mehmet Çimen,
Briqada generalı İsmayıl Şıkı və briqada generalı İbrahim Güven avqustun 30-dan təqaüdə çıxıblar.
Təyinatlara əsasən, 2 general-leytenant, 16 general-mayor və 14 polkovnikin rütbələri artırılıb alıb. Bundan əlavə, Jandarma Baş Komandanlığına ilk dəfə olaraq qadın general təyin edilib. Jandarma Baş Komandanlığının Məişət Zorakılığı ilə Mübarizə və Uşaq Şöbəsinin müdiri, baş polkovnik Özlem Yılmaz briqada generalı rütbəsinə yüksəlib, eyni zamanda Jandarma və Sahil Mühafizə Akademiyasının vitse-prezidenti olub.
Medianews.az