Təhlükəsizlik mütəxəssisləri 8 zərərli proqramların adlarını açıqlayıb.
Bu barədə Medianews.az haberglobal-a istinadən xəbər verir.
Mütəxəssislər istifadəçilərin pulunu oğurlayan proqramları silməyi məsləhət görüblər. Həmin proqramlar ümumilikdə 3 milyondan çox yüklənib. Əsas hədəfi android əməliyyat sistemi ilə işləyən telefonlardır. İlk dəfə 2021-ci ildə kəşf edilən “Autolycos” proqramının Google tərəfindən yoxlanılması və zərərli olması təxminən altı ay çəkib.
Həmin proqramları təqdim edirik:
1. Razer Keyboard & Theme
2. Vlog Star Video Editor
3. Funny Camera
4. Coco Camera
5. Creative 3D Launcher
6. GIF Keyboard
7. Freeglow Camera
8. Wow Camera
Xanlar Əlibəy
Medianews.az