“Ermənistan ABŞ diasporasına, Fransaya, İrana və bu ölkələrdə olan ermənipərəst qüvvələrə arxalanır”.
Bu sözləri Medianews.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz söyləyib.
General qeyd edib ki, Ermənistan və Azərbaycan dövlətləri arasında baş verən gərginliyin səbəblərindən biri kimi, böyük söz sahibi olan ölkələri göstərmək olar: “Ermənistan 200 ildir nəyə arxalanırsa, indi də ona arxalanır. Ermənistan dövlətinin olmadığı halda erməni dövlətini yaradanlara güvənir. Ermənistan ABŞ diasporasına, Fransaya və bu ölkələrdə olan ermənipərəst qüvvələrə arxalanır. Rusiyada məlum olan bir qrup ermənipərəst qurumlar var onlara, İrana arxalanır. İran dövləti, Azərbaycan və Ermənistan mövzusunda təəssüflər olsun ki, haqqın- hüququn tərəfində olmayıb.
Avropa birliyi və bunun kimi qeyd etdiyim, bir sıra dövlətlər, qurumlar, insanlar son 28 ildir dəstəkləyən silahla, pulla, hər cür siyasi köməklik edən ermənipərəst qüvvələrə arxalanır. Buna örnək olaraq son günlərdə Londondakı Azərbaycan səfirliyinə edilən basqınları göstərmək olar. Bu radikal, dini və etnik qurumların arxasında hansı dövlətin olduğunu bilirik. Son olaraq böyük dövlətlər, imperial qüvvələr, bu bölgəyə qarşılıqlı anlaşmanın, istiqlalın, sakitliyin, olmasını istəmirlər! Onlar bu dövlətlərin öz aralarında qarşılıqlı saziş əsasında yaşamaqlarını istəmirlər.
ATƏT-in Minsk qrupunun baş verən hadisələrə laqeyid reaksiyası, 28-il arxasında yatan səbəbi də budur. Ermənistan dövlətinin sərhədləri Türkiyə, Azərbaycan, İranla qonşudur. Bunun üçün Ermənistan dövlətinin barışıqdan, sakitlikdən, istiqlaldan haqq və hüquqdan yana ağıl işlətməkdənsə yox olmağa üz tuturlar. Hər keçən gün daha da iflasa uğrayırlar. Ermənistdan ordusunun, xalqının döyüş ruhu bitib. 3 tərəfli- Türkiyə, Ermənistan və Azərbaycan arasında saziş imzalanmalıdır. Dolayısı ilə Ermənistanın arxasında 200 ildir hansı “dayday”-ı varsa, son 28 ildədə kimlər varsa 10 noyabr 2020- ci ildən bu günə qədər də Ermənistanın qulağına barışa sazişə gəlməmələrini deməkdə davam edir…”.
Ayşən Azadova
Medianews.az