Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Məsələ ilə bağlı Sonxeber.az saytına hərbi ekspert Ramiz Şərifov açıqlama verib.
O bildirib ki, Rusiya sülhməramlıları öz vəzifə səlahiyyətlərini yeterincə yerinə yetirmir.
“Atəşkəsin pozulmasının günahkarı erməni separatçılarıdır”.