İran rəsmisi ABŞ-nin sanksiyalarına reaksiya verib.
Bu barədə Medianews cnnturk-ə istinadən xəbər verir.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-nin İrana qarşı sanksiyalarına cavab olaraq bildirib ki, İran Ağ Evin sanksiyalarına sürətli və sərt şəkildə cavab verəcək.
“Ağ Evin sanksiyalardan əl çəkməməsi, üstəlik bunu alət kimi istifadə etməyi onu göstərir ki, ABŞ bununla digər dövlətlər üzərində hökmranlıq etmək istəyir. Amerikada hökumətlərin dəyişməsi ölkə siyasətində heç bir fərq yaratmır. Bayden administrasiyasının rəsmiləri dəfələrlə Trampın təzyiq siyasətini uğursuz siyasət adlandırıblar. Lakin indi özləri bundan istifadə edirlər”, – deyə o bildirib.
Xanlar Əlibəy
Medianews.az