ABŞ-ın Kaliforniya ştatında meymun çiçəyi virusuna görə fövqəladə vəziyyət elan edilib. Kaliforniya qubernatoru Gavin Newsom, ABŞ-da yoluxma sayının 5800-ü keçdiyini qeyd edərək, peyvənd səylərini dəstəkləmək üçün fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.
Medianews.az xəbər verir ki, bundan əvvəl ən çox yoluxma halı olan Nyu-Yorkda fövqəladə vəziyyət elan edilmişdi.
Cənubi Amerika ölkəsi Peruda isə meymun çiçəyi virusundan ilk dəfə bir nəfər ölüb.
Səhiyyə Nazirliyindən verilən açıqlamada ölən şəxsin kişi olduğu bildirilib.
Onu da əlavə edək ki, bundan əvvəl İspaniya, Braziliya və Hindistanda meymun çiçəyi xəstəliyindən ölüm halları qeydə alınıb.
Dünyada yoluxmaların sayı 18 mini keçdiyi halda, Ümumdünya Səhiyyə Təşkilatı meymun epidemiyasını qlobal fövqəladə vəziyyət elan edib.
Leyla, Medianews.az