Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin Donetskə raket hücumu nəticəsində 20 ukraynalı hərbi əsirinin həlak olduğunu bildirib. Açıqlamada Ukraynanın ABŞ istehsalı olan HIMARS raketləri ilə separatçıların nəzarətində olan bölgədə bu səhər həyata keçirdiyi hücumda 75 nəfərin yaralandığı qeyd edilib .
Medianews.az xəbər verir ki, nazirliyin gündəlik brifinqində “Olenivka rayonunda məhbusların məhkəmədən əvvəl saxlandığı mərkəz HİMARS ilə hücuma məruz qalıb. Burada Azov batalyonunun döyüşçüləri də var idi”, – deyə bildirilir.
Reuters xəbər agentliyi xəbər verir ki, bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, Mariupoldakı Azovstal fabrikində həftələrlə davam edən müqavimətdən sonra, may ayında rus ordusu şəhəri ələ keçirdikdən sonra Azov batalyonunun qüvvələri təslim oldu.
Leyla, Medianews.az