Türkiyə ilə Yunanıstan arasında son zamanlar artan gərginlik qarşılıqlı sərt bəyanatlarla davam edir.
Medianews.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis dünən CNN International-da iştirak etdiyi proqramda Türkiyə ilə münasibətlərə toxunub. Miçotakis birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da tənqid edib .
“İnanıram ki, Türkiyə prezidenti Ərdoğan neo-Osmanlı revizionist fantaziyalarını dirçəltməkdənsə, iflasa uğrayan Türkiyə iqtisadiyyatını dirçəltməyə fokuslanaraq xalqına daha yaxşı xidmət edəcək”, – deyə Yunanıstanın baş naziri bildirib.
Xatırladaq ki, Yunanıstan və Türkiyə arasında gərginlik son zamanlar Egeydəki hadisələr və qarşılıqlı bəyanatlarla daha da artıb. May ayında Yunanıstanın baş nazirini hədəf alan Türkiyə prezidenti Ərdoğan “mənim üçün Miçotakis yoxdur” demiş və iki lider keçən ay NATO zirvəsində bir araya gəlməmişdi.
Leyla, Medianews.az