Birləşmiş Millətlər Təşkilatında (BMT) Ukrayna və Rusiyanın imzaladığı taxıl müqaviləsi gündəmdə qalarkən, Rusiyadan diqqətçəkən açıqlama gəlib.
Medianews.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı qarşısındakı maneələr dərhal aradan qaldırılmasa, Türkiyənin rəhbərlik etdiyi və Qara dənizdəki Ukrayna limanlarından taxıl ixracına yenidən başlayacaq taxıl dəhlizi sazişi çökə bilər.
İnterfaksda yer alan xəbərə görə; Rudenko yaxın vaxtlarda Ukraynadan taxıl daşınmasının bərpa olunacağını bəyan edib və taxıl dəhlizi sazişinin qorunub saxlanacağına ümid etdiyini bildirib.
Leyla, Medianews.az