Çərşənbə, 10 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Onu tapmaq üçün arvadı ilə münasibət qurdum” – Bakıda film kimi hadisə

ZARA
27/07/2022 05:00
751
BAXIŞ
FacebookTwitterTelegram

2020-ci ilin avqust 28-də Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində törədilmiş qəsdən adam öldürməyə cəhd hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Taleh Əzizovun (ad və soyadlar şərtidir) keçmiş iş ortağı və dostu olan Azər Abbasovu qısqanclıq zəminində öldürməyə cəhd etməsi və hadisədən sonra gizli yollarla İrana keçməsi məlum olub.

Araşdırmalar zamanı üzə çıxıb ki, Taleh və Azər dost olublar və birgə ev tikintisi biznesi qurublar. Onlar müxtəlif yerlərdə fərdi yaşayış evləri tikərək satıblar. Bu müddət ərzində Talehin Azərə xeyli miqdarda borcu yaranıb və onların münasibəti pozulub. Həmçinin Taleh yaşadığı mənzili dəyişdiyindən Azər onu tapmaqda çətinlik çəkib. Bundan sonra Azər Talehin həyat yoldaşının telefonuna yazmağa başlayıb və onların arasında sevgi münasibəti yaranıb.

Məhkəmədə ifadə verən Azər Abbasov Talehin həyat yoldaşına onun yerini müəyyən etmək məqsədilə yazdığını deyib: “Talehi 2018-ci ildən tanıyıram. İşimizlə bağlı bir-birimizə borcumuz olub. 2019-cu ilin əvvəllərində borc məsələsinə görə münaqişəmiz oldu və onunla iş münasibətini sonlandırdım. Mənə 52 min manat borcu yaranmışdı. Mən Talehdən borcu tələb etdikdə gizlənməyə və zənglərimə cavab verməməyə başladı. Bundan sonra Talehin yaşadığı evi tapdım və onun evinə gedib gözlədim. Evin önündə onu gözlədim və Taleh evdən çıxanda ona yaxınlaşdım. Birlikdə çayxanaya gedib bu barədə söhbət etdik, söz verdi ki, borcunu ödəyəcək. Lakin yenə borcu ödəməmək üçün gizlənməyə başladı. Bu müddət ərzində isə o, həyat yoldaşının nömrəsi ilə mənimlə əlaqə saxlayırdı. Bu nömrə Talehlə əlaqə saxlaya biləcəyim yeganə nömrə olduğuna görə hər dəfə bu nömrəyə yazırdım. Onun həyat yoldaşı ilə yazışdıqca aramızda münasibət yarandı. Daha sonra Taleh bizim münasibətimizdən xəbər tutub bunu başqa mənada qəbul etdi. Hadisənin baş verdiyi gün isə Talehin atası Nərimanov rayon Polis İdarəsində guya mənim saxta sənədlə onlara ev satmağım barədə şikayət etmişdi. Bunu bildikdən sonra Talehə zəng edib ondan şikayətini geri çəkməsini tələb etdim. Lakin daha sonra telefonu götürmədi, deyə onun evinə getdim. Evə çatdıqda onun həyat yoldaşı qapının arxasından Talehin evdə olmadığını dedi. Evdən aralanıb maşına tərəf gedəndə arxadan Taleh gəlib bıçaqla zərbələr endirdi”.

Taleh Əzizov məhkəmədə bildirib ki, həyat yoldaşı ilə Azər arasında münasibətdən şübhələndikdən sonra qadının telefonuna proqram yükləyib və onların arasında sevgi münasibətinin olduğunu görüb. O, öz evinin yanında pusqu quraraq Azərin onun evinə gəlməsini gözləyib və şərait yaranan kimi onu qətlə yetirməyi planlaşdırıb.

Talehin həyat yoldaşı da Azərlə arasında sevgi münasibətinin yarandığını etiraf edib. O, hadisədən sonra Talehin də onu öldürəcəyindən qorxduğu üçün bir neçə gün müxtəlif ünvanlarda qaçıb gizləndiyini bildirib.

Hadisədən sonra Taleh Əzizov Azərbaycanı gizli yolla tərk edib. İran sərhədçiləri onu yaxalayıb və 5 aya yaxın İranda həbsxanada qalan təqsirləndirilən şəxs daha sonra Azərbaycana təhvil verilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda T.Əzizov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirli bilinib. Ona 7 il 10 ay 15 gün müddətinə həbs cəzası verilib.(qafqazinfo)

DAHA ÇOX OXU

Mənzil bazarında qiymətlər niyə bahadır?
1-MANŞET

Mənzil bazarında qiymətlər niyə bahadır?

10/08/2022 12:03
Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək
Dünya

Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək

10/08/2022 11:56
“Şou verilişi aparıb, analitik olmaqla deyil ki…”- Aparıcıdan Kamran Həsənliyə CAVAB
1-MANŞET

“Şou verilişi aparıb, analitik olmaqla deyil ki…”- Aparıcıdan Kamran Həsənliyə CAVAB

09/08/2022 18:39
“Qərbi azərbaycanlıların qaçqın statusu bərpa edilməlidir” – Qafar Çaxmaqlı detalları açıqladı
1-MANŞET

“Qərbi azərbaycanlıların qaçqın statusu bərpa edilməlidir” – Qafar Çaxmaqlı detalları açıqladı

09/08/2022 18:00
Mehriban Əliyeva Leyla Əliyeva ilə Mövlanə Muzeyində – FOTOLAR
1-MANŞET

Mehriban Əliyeva Leyla Əliyeva ilə Mövlanə Muzeyində – FOTOLAR

09/08/2022 16:58
“30 il dözdük, bir az daha dözək…” – Afaq Bəşirqızı həmkarlarına SƏSLƏNDİ
export

“30 il dözdük, bir az daha dözək…” – Afaq Bəşirqızı həmkarlarına SƏSLƏNDİ

09/08/2022 16:36
SON XƏBƏR
15 yaşında İŞİD gəlini olan gənc qızdan ŞOK SÖZLƏR: “Məni uşaqlara nümunə göstərin” – VİDEO

15 yaşında İŞİD gəlini olan gənc qızdan ŞOK SÖZLƏR: "Məni uşaqlara nümunə göstərin" - VİDEO

Minaya düşən hərbçimizin görüntüləri yayıldı – VİDEO

Minaya düşən hərbçimizin görüntüləri yayıldı - VİDEO

Putindən Ərdoğana TƏKLİF: “Baykar savunma” şirkəti ilə birgə işləyək”

Putindən Ərdoğana TƏKLİF: "Baykar savunma" şirkəti ilə birgə işləyək"

Xəbər lenti

“Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik…

“Aztelekom”dan qiymət artımına cavab: Xəbərdar etmişdik…

10/08/2022 12:08

Mənzil bazarında qiymətlər niyə bahadır?

Mənzil bazarında qiymətlər niyə bahadır?

10/08/2022 12:03

Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək

Bu gün ABŞ dollarla bağlı yeni qərar qəbul edəcək

10/08/2022 11:56

Anar Kərimovdan yeni təyinat

Anar Kərimovdan yeni təyinat

10/08/2022 11:49

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

10/08/2022 11:43

Britaniya kəşfiyyatı: “Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır”

Britaniya kəşfiyyatı: “Rusiya könüllü taborlardan ibarət 3-cü korpus yaradır”

10/08/2022 11:39

300 manat alan pensiyaçı 345 manat alacaq – Pensiyalarda böyük artım gözlənilir

300 manat alan pensiyaçı 345 manat alacaq – Pensiyalarda böyük artım gözlənilir

10/08/2022 11:29

Media Reyestri yaxın günlərdə fəaliyyətə başlayacaq

Media Reyestri yaxın günlərdə fəaliyyətə başlayacaq

10/08/2022 11:18

Qarabağda 42 abidə pasportlaşdırılıb – Dövlət Xidməti

Qarabağda 42 abidə pasportlaşdırılıb – Dövlət Xidməti

10/08/2022 11:14

“Lokomotiv”in sabiq baş məşqçisi “Qarabağ”ın qələbəsindən danışdı: “Sürpriz deyil”

“Lokomotiv”in sabiq baş məşqçisi “Qarabağ”ın qələbəsindən danışdı: “Sürpriz deyil”

10/08/2022 10:54

Bu ixtisas qrupu üzrə ballar aşağı düşəcək – Ekspert

Bu ixtisas qrupu üzrə ballar aşağı düşəcək – Ekspert

10/08/2022 10:49

“Qarabağ” Bakıya döndü

“Qarabağ” Bakıya döndü

10/08/2022 10:43

Mustafa Kamal Atatürkün vəsiyyəti: “Bankdakı pullarımı…”

Mustafa Kamal Atatürkün vəsiyyəti: “Bankdakı pullarımı…”

10/08/2022 10:29

Hərbi xidmətə könüllü daxil olan vətəndaşlarla bağlı yeni qərar

Hərbi xidmətə könüllü daxil olan vətəndaşlarla bağlı yeni qərar

10/08/2022 10:15

Səhər yeməyindən imtina edənlərin əksəriyyəti kökəlməyə meylli olur- Qidalanma eksperti

Səhər yeməyindən imtina edənlərin əksəriyyəti kökəlməyə meylli olur- Qidalanma eksperti

10/08/2022 10:02

Flora Kərimova: “İndiyə qədər heç bir saytı məhkəməyə verməmişəm, amma bundan sonra…”

Flora Kərimova: “İndiyə qədər heç bir saytı məhkəməyə verməmişəm, amma bundan sonra…”

10/08/2022 09:49

“Qarabağ”ın prezidenti: “Azərbaycana yaraşan futbol oynadıq”

“Qarabağ”ın prezidenti: “Azərbaycana yaraşan futbol oynadıq”

10/08/2022 09:41

Yaponiya hökuməti tam tərkibdə istefa verdi

Yaponiya hökuməti tam tərkibdə istefa verdi

10/08/2022 09:35

Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR

Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR

10/08/2022 09:26

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb

10/08/2022 09:18

Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

10/08/2022 09:13

“Burger King” minlərlə müştəriyə boş qəbz göndərdi – FOTO

“Burger King” minlərlə müştəriyə boş qəbz göndərdi – FOTO

10/08/2022 07:21

Rusiyada linglə direktorun otağına girib pul seyfini apardılar – VİDEO

Rusiyada linglə direktorun otağına girib pul seyfini apardılar – VİDEO

10/08/2022 07:03

Uşaqlara təcavüz edən hindistanlı keşiş həbs edildi

Uşaqlara təcavüz edən hindistanlı keşiş həbs edildi

10/08/2022 06:44

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.