Çərşənbə və cümə axşamı ştatın şimal bölgələrində leysan xarakterli yağış olacağı gözlənilir.
Medianews.az xəbər verir ki, Biharın Baş naziri Nitiş Kumar insanlardan əyalətin fəlakət idarəetmə orqanının leysan yağışı ilə əlaqəli tövsiyələrinə əməl etmələrini istəyib və təbii fəlakət nəticəsində həyatını itirənlərin ailələrinə 400 min rupi ödənildiyini bildirib.
Qeyd edək ki, hər il Hindistanda musson yağışları zamanı ildırım vurması nəticəsində yüzlərlə insan ölür. Ölənlərin sayının çox olmasının səbəblərindən biri ölkədə açıq sahələrdə işləyənlərin çoxluğudur.
Medianews.az