“Artıq bir çox vətəndaşlar online sifariş saytlarından və “application”lar üzərindən alış-veriş etməyi vərdiş ediblər. Bu tip sifarişlər zamanı bank kartından istifadə məcburi olur. Şəxsi məlumatlarınızın, bank rekvizitlərinizin və pulunuzun nə qədər təhlükəyə ducar olduğunun heç fərqində deyilsiz”.
Bu sözləri İT mütəxəssisi Səkinə İlqarqızı Medianews.az saytına açıqlamsı zamanı bildirib. Onun sözlərinə görə, saytlardan və “application”lar üzərindən sifariş zamanı dələduzların qurbanına çevrilmək qaçılmaz olur.
“Bu səbəbdən güvənilir mənbələrdən məhsul sifariş etməyi tövsiyyə edirəm.
Bəs “güvənilir mənbələr” sözü altında nə başa düşülür? Onu deyə bilərəm ki, ilk olaraq şəxsi bank kartınızı OTP birdəfəlik şifrə ilə qorumağı vacib bilirəm. Həmin kod sizin şəxsi istifadə etdiyiniz mobil nömrəyə göndərilir və sifariş saytında həmin kodu daxil etdikdən sonra kartınızdan məbləğin məxarici mümkün olur. Beləki hər hansı dələduz mobil nömrəyə gələn kodu bilməsə əməlini sonlandıra bilməz. Lakin buna baxmıyaraq hər web səhifə və “application”da daxili təhlükəsizlik tədbirləri konfiqurasiya olunmur, yəni OTP kodu ilə ödəniş təsdiqi tələb olunmur.
Bu hal isə tətbiqi quran proqramistdən birbaşa asılıdır. İT mütəxəssis lazımı təhlükəsizlik tədbirlərini etməzsə, bu zaman qeyd etdiyiniz bank kartı dələduzların hədəfinə çevrilir. Çox asanlıqla alış-veriş edən dələduzlar kart sahibi xəbərdar olana qədər əməllərini davam etdirirlər.
Qeyd etmək istərdim ki, şikayət zamanı dövlət qurumlarında belə halların araşdırılması xüsusi İKT specialistin köməyini və zaman tələb edir. Dələduzlanın qanuni cəzasi isə artıq oğurlanan məbləğin az ya çox olmağından asılıdır”.
İT mütəxəssisinin sözlərinə görə, dələduzlardan və pul itkisindən uzaq olmağın ən optimal variantı isə alış-veriş platfomalarında ayrı kart istifadə etməkdir. Yaxud ümümiyyətlə təhlükəli hesab olunan platformalardan və applicationlar üzərindən alış-veriş etməmək.
Leyla, Medianews.az