Aparıcı Leyla Quliyeva “10-da görüşək” proqramına qonaq olub.
Medianews.az xəbər verir ki, veriliş zaman aparıcı bir müddət əvvəl həyat yoldaşı ilə mətbuatda yayılan fotosundan danışıb.
Quliyeva həmin şəkilin bəzi mətbuat orqanlarında yanlış başlıqlarla təqdim edilməsindən gileylənib:
“Məşhur filmimizdə deyir ki, “Mənim ixtiyarım yoxdur, ayda bir dəfə arvadımla bazara gedim?” Ailəvi Miri Yusifin konsertinə gəldik. Bunun yayımlanmasının heç bir qəbahəti yoxdur. Amma baxır necə?
Əyləşmişik, konsertə baxırıq, deyib-gülürük… Elə başlıq qoyurlar, adam infarkt keçirir ki, görəsən, nə oldu?”
Xatırladaq ki, Leyla ilə rejissor həyat yoldaşı Abbas Quliyevin sözügedən fotosu Xalq artisti Miri Yusifin konserti zamanı lentə alınıb.
Ətraflı videoda: