İsraildə bir villanın hovuzunda insanlar çimərkən faciə yaşanıb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə ölkənin Şafela bölgəsində baş verib.
Beləki insanların çimdiyi hovuzda qəfildən çuxur açılıb. Çuxurun açılması nəyicəsində 1 nəfər ölüb, biri isə yaralanaraq xilas edilib. Sözügedən hadisə 50 nəfərin qatıldığı ziyafətdə baş verib.
Hadisədən sonra 4 saat davam edən axtarışlar nəticəsində çuxura düşən şəxsin cansız cəsədi tapılıb. Digər şəxs isə xəsarət alaraq xilas edilib. Çökmədən sonra daha üç çuxurun da açıldığı məlum olub. Dərinliyi hələ məlum olmayan bu çuxurların kifayət qədər böyük olduğu bildirilib.
Medianews.az